8 Mart Beynəlxalq Qadınlar Günü tədbiri

07 Mart 2019

                                            

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

Hüseyn Cavid 

Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır. Qadın həyatının bütün mərhələlərində insanlığın xilaskarıdır. Unutmaq lazım deyil ki, hər şey insanın əlindədir, insan isə qadının.

 Hər il olduğu kimi bu il də 7 mart tarixində  Akademik Zərifə Əliyeva adına liseydə 8 Mart Beynəlxalq Qadınlar Günü munasibətilə təntənəli tədbir keçirildi. Liseyin 9, 10 və 11-ci siniflərinin iştirakı ilə təşkil olunan tədbirdə şagirdlər hazırladıqları bir-birindən maraqlı  musiqi və rəqs nömrələri ilə müəllimlərini səmimi qəlbdən təbrik etdilər. Tədbirin sonunda söz liseyin direktoru Mehriban Vəliyevaya verildi. Mehriban xanım ilk öncə qadının bəşəriyyətdəki rolundan söz açdı, daha sonra kiçikdən tutmuş böyüyə qədər liseyin bütün xanım nümayəndələrini təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.