Akademik Zərifə Əliyeva adına lisey beynəlxalq Meqapolis olimpiadasında uğur qazanıb

08 Sentyabr 2018

         Sentyabrın 2-dən 7-dək Rusiya Federasiyasının Moskva şəhərində III Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər fərdi  və komanda yarışlarında uğurla çıxış ediblər.
         Beynəlxalq Meqapolis Olimpiadasında  olimpiada nailiyyəti ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

        Ölkəmizi təmsil edən komandanın tərkibində liseyimizin 10-cu sinif şagirdi Nihat Əliyev də iştirak edib. O, informatika fənni üzrə öz uğurlu çıxışı ilə seçilib və sertifikatla təltif olunub.