Akademik Zərifə Əliyeva adına Liseydə Novruz bayramı münasibətilə oğlan və qızlardan ibarət qarışıq komandalar arasında voleybol turniri keçirilib. Yarışın hər mərhələsində böyük əzmkarlıq göstərən 11r1 sinfi bütün rəqiblərini geridə qoyaraq turnirin mütləq qalibi olub. Şagirdlərin həm idman bacarıqlarını, həm də komanda ruhunu nümayiş etdirdiyi bu turnir rəngarəng görüntülərlə yadda qalıb. Yüksək oyun nümayiş etdirərək çempionluq kürsüsünə yüksələn komandaya kubok təqdim edilib.
Akademik Zərifə Əliyeva adına Liseydə Novruz bayramı münasibətilə oğlan və qızlardan ibarət qarışıq komandalar arasında voleybol turniri keçirilib
13 Mart 2026









