AR Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya

11 Dekabr 2017

  Dekabr ayının 11-də liseyimizin 9a3 və 9a4 sinif şagirdləri Bilik Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının ”Şöhrət” muzeyində olmuşlar. Muzey 2006-cı ildə prezident İlham Əliyevin əmri ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmışdır. Muzeydə ekskursiyada olan şagirdlərimizə Heydər Əliyevin uşaqlıq və gənclik dövrü, Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövr, SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi dövr və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr haqqında bir çox maraqlı məlumatlar verildi. O cümlədən şagirdlər Ulu Öndərin həyatını əks etdirən nadir fotoşəkillər, sənədlər, arxiv materialları ilə yaxından tanış oldular. Sonda şagirdlər muzeyin qarşısında Ulu Öndərin əziz xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdirdilər.