Azərbaycan - Pakistan dost məktəblər layihəsi çərçivəsində riyaziyyat dərsi

06 Aprel 2023

06.04.2023cü il tarixdə Azərbaycan-Pakistan dost məktəblər layihəsi çərçivəsində növbəti elektron görüşdə tərəflər riyaziyyat fənni üzrə hazırladıqları elektron təqdimatı paylaşıb müzakirə etdilər. Şagirdlər təqdimat üzrə suallara cavab veriblər. Mövzu "Ehtimal nəzəriyyəsi və onun həyatda tətbiqi" olub. Sonra Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi Əkbər Həsənov Pakistan məktəblilərinə riyaziyyat dərsliyindən 2 tapşırıq verib və Pakistan Lordlar məktəbinin şagirdləri də 2 tapşırıq göndərib. Müzakirələr aparılıb və tapşırıqların həlli ingilis dilində izah edilib. Görüş çox maraqlı keçib. Növbəti görüşlərdə informatika, kimya, fizika fənnlərindən tapşırıqlar müzakirə edilməsi, həmçinin bu fənlərdən müəyyən mövzular haqqında təqdimat hazırlanması nəzərdə tutulub.