Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

08 Noyabr 2019

8 noyabr 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına  liseydə Azərbaycan  Respublikasının Dövlət Bayrağı  Günü ilə bağlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək  Dövlət Bayrağının hər  bir  vətəndaşın qürur mənbəyi olduğunu qeyd etdi. Üçrəngli bayrağımızın  tarix boyu çox ağır sınaqlardan keçməsinə baxmayaraq  bu gün  yüksəlişinin ən uca zirvəsində durduğunu qeyd etdi. Daha sonra liseyin şagirdləri öz  təqdimatlarında  bayrağımız haqqında  daha ətraflı məlumat verdilər, dünyanın istənilən guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını, liseyimizin müəllim və şagird kollektivini  Dövlət Bayrağı Günü münasibəti ilə təbrik etdilər.