"Bebras-Qunduz" İnformatika Müsabiqəsi

28 Noyabr 2016

"Bebras" İnformatika Müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Bu müsabiqə məntiqi oyunlar və suallar vasitəsilə İnformatika və Alqoritmik düşüncə tərzinin inkişafına dəstək verir.

"Bebras" müsabiqəsi dünyanın 35-dən çox ölkəsində keçirilməkdədir və bu say hər il artmaqdadır. Azərbaycan bu müsabiqəyə 2012-ci ildə qoşulmuş və Azərbaycan məktəbliləri ilk dəfə olaraq Beynəlxalq Bebras Həftəsində 2014-cü ildə, 82 məktəbdən olmaqla 4184 şagirdlə iştirak etmişdir.

Hal-hazırda liseyimiz bu müsabiqəyə qoşulmuşdur. Müsabiqəyə şagirdlərimiz login və şifrələri ilə sayta daxil olub, məsələrərin üzərində düşünüb və online  cavablandırırlar. Bizim 9-11 sinif şagirdlərimiz müsabiqədə verilmiş məsələlərin çox maraqlı olduğunu söyləyirlər.

 "Bebras" müsabiqə həftəsi (28 Noyabr-4 Dekabr ) liseyimizin hər bir şagirdi üçün uğurlu olsun!