Beynəlxalq olimpiadanın online finalı

24 İyun 2020

Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Bayramov Ruslan, Bilalov Elvin və İsmayılov Süleyman Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finala çıxmışlar. BIEA (British International Education Association)-nın təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin final müsahibəsi 24 iyun 2020 ci il tarixində onlayn şəkildə aparılmışdır.  2019 cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Şagirdlərin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Müsahibəyə finalçılarla yanaşı, onların elmi rəhbəri Samir Orucov da qoşulmuş, mühəndislik sahəsində hazırlanmış layihəni yüksək səviyyədə təqdimatına nail olmuşlar. Azərbaycandan həmin yarışmaya ilk dəfə qatılan şagirdlərə uğurlar diləyirik.