Müəllimimiz və bir qrup şagirdimiz "Belt and Road Teenager Maker Camp and Teacher Workshop"-da iştirak ediblər

10 Noyabr 2023

Liseyimizin ingilis dili müəllimi İradə Səmədovanın rəhbərliyi altında bir qrup X sinif şagirdlərimiz Çində təşkil edilən "Belt and Road Teenager Maker Camp and Teacher Workshop"-da iştirak ediblər.

"Belt and Road Teenager Maker Camp and Teacher Workshop" çoxlu yeni məlumatlar öyrənmək üçün əvəzsizdir. Şagirdlər ilk növbədə, dünyanın müxtəlif ölkələrindən buraya gələn fərqli insanlarla tanış olub ünsiyyət qurublar, bu ölkələrin mədəniyyəti - onların milli rəqsləri, mətbəxləri, adət və ənənələri barədə bir çox dəyərli bilgilər əldə ediblər.

Eyni zamanda şagirdlərimiz bütün tədbir prosesində komanda şəklində işləyib, bir-birilərinə kömək ediblər.
Ən maraqlı məqamlardan biri isə mikrobitləri proqramlaşdırmaq və onları yaratmaq, uça bilən təyyarə modelləri düzəltmək olub. Öz əlləri ilə bir çox şeylər - yemək üçün məşhur Çin çubuqları, fincanlar düzəldiblər, ənənəvi kilimlər toxuyub, dekor üçün qurudulmuş kəpənəklər, saatlar hazırlayıblar. Elm, Çin tarixi, Çin mədəniyyəti və ənənəvi Çin rəqsləri haqqında çox şey öyrəniblər. Bu şagirdlər üçün maraqlı bir təcrübə olub.
Ümumilikdə, şagirdlərimiz ölkəmizi təmsil etməkdən məmnunluq duyublar.