Biz bu günün şagirdləri “Sabahın Alimləri”yik

14 Fevral 2020

Bu il IX-su təşkil olunan Sabahın Alimləri müsabiqəsində liseyin 22 layihəsi iştirak etdi. Olimpiadanın final mərhələsinə ümumilikdə  187 layihə iştirak hüququ qazanmışdı.Ölkənin bütün tədris müəssisələrinin iştirak etdiyi bu müsabiqədə bir neçə kateqoriya üzrə yarış aparılırdı.Bu kateqoriyalara Riyaziyyat , Fizika və Astronomiya,Biologiya,Kimya,Tibb və Sağlamlıq,Ekologiya,Kompyuter elmləri aiddir.

Müsabiqənin final mərhələsində iştirak edən layihələrin bir neçəsi ölkəmizi Amerika Birləşmiş Ştatlarında təşkil olunan ISEF Beynəlxalq olimpiadasında təmsil edəcəklər.Ölkəmizi ISEF Beynəlxalq olimpiadasında təmsil edəcək komandadan 2-si liseyimizin şagirdləridir.Bu şagirdlər Bayramov Ruslan və Hacıyeva Məryəmdir.

Digər olimpiadavə müsabiqələrdə olduğu kimi bu il də şagirdlərimiz çox yaxşı nəticələr göstərdi.Finalda iştirak edən 22 layihəmizdən 8 layihə medallarla təltif olundu.Bu 8 layihədə 10 şagirdimiz medal qazandı.

Qızıl medal

Xuduzadə Naim                11-ci sinif                  -Mühəndislik

Nəcəfli Məhəmməd           10-cu sinif                -Kimya

Seyidzadə Leyla                 10-cu sinif                -Kimya

Gümüş medal

Əzizov Nizami                   9-cu sinif                   Riyaziyyat

Hacıyeva Məryəm             11-ci sinif                  Biologiya

Bayramov Ruslan              11-ci sinif                  Kompüter elmləri

Bürünc medal

Əsgərov Zaur                      9-cu sinif                   Mühəndislik

İslamov Amin                     9-cu sinif                   Mühəndislik

Mirzai Ayan                        9-cu sinif                   Kimya

Sadıxzadə Azər                  11-ci sinif                  Kompüter elmləri