“Burada və indi” - gələcəyi necə görürəm

24 Yanvar 2020

Bu gün liseydə psixoloji xidmət sahəsini genişləndirmək məqsədi ilə qeştalt terapiya üzrə mütəxəssis Elnurə Bayramova ilə liseyin şagirdlərinin unudulmaz görüşü keçirildi. Qonağımız şagirdlərə “burada və indi” prinsipinə əsaslanaraq gələcəkdə düzgün seçim etmək yolları barədə məlumat verdi. Bu görüş uşaqlara duyğularını idarə etmək və emosiyaları ilə təmasda olmaq imkanı yaratdı.