Daşıya bilmədiyimiz yük - Xocalı!

26 Fevral 2019

   Bir gecənin içərisində yerlə yeksan edilmiş, qanayan yaramız - Xocalı. 

    1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Qaçmağa çalışan, aman diləyən əliyalın əhalinin vəhşicəsinə soyqırımı baş vermişdir.  Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. 

   Faciənin il dönümündə təşkil edilən tədbirlər çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə də çıxışlar edilmiş, daha sonra çəkilmiş qısametrajlı video çarxın nümayişi baş tutmuşdur.

  Baş verən faciəni unutmur və unutdurmuruq!