Əziz Şuşa, sən azadsan!

10 Noyabr 2020

Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub.İlk çağlarda şəhəri  xanın şərəfinə Pənahabad da adlandırırdılar.          

     XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Onu "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.                 

      1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilmişdir.   195 nəfər şəhid edilmiş, 165 nəfər yaralanmış, 552 körpə valideynlərini itirmiş, 20 min nəfər məcburi köçkün vəziyyətinə düşmüş, 58 nəfərin taleyi barədə bu günə qədər məlumat yoxdur.

     2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.    

        Əziz Şuşa, biz qayıtmışıq!

  Əziz Şuşa, biz səni dirçəldəcəyik!    

              Şuşa bizimdir!

             Qarabağ bizimdir!

           Qarabağ Azərbaycandır!