Fənlərarası inteqrasiya əsasında təlim metodu layihəsində şagirdlərimizin növbəti uğuru

30 Avqust 2019

8-12 iyul 2019-cu il  tarixində Qazaxstanın Nur-Sultan şəhərində  World Scholar’s Cup beynəlxalq fənlərarası intellektual olimpiada keçirildi. Dünyanın 14 ölkəsinin iştirak etdiyi bu  olimpiadada  Azərbaycanı  liseyin 10r2 sinif şagirdləri,  3 komanda şəklində  təmsil edirdiər. Bu  ikinci beynəlxalq  mərhələ idi.  Olimpiadada iştirak edən hər  3 komanda 2019-cu ilin noyabr  ayında  ABŞ-ın Konnektikut ştatının Yelski Universitetində keçiriləcək  həlledici üçüncü  mərhələyə  dəvət aldı.   Əlbəttə ki, bu  qələbə hər üç  mərhələ  üçün aparılan hazırlıqların bəhrəsi idi. Belə beynəlxalq olimpiadalara hazırlıq , sözsüz ki, müəllim köməyi olmadan həyata keçirilə bilməzdi. Altı fənni əhatə edən böyük həcmli  materialı  ingilis dilində mənimsəmək, daha sonra diskussiyalar , debatlar aparmaq,  test həll etmək, öyrənilmiş material əsasında esse yazmaq lazım idi.

         Bu olimpiadaya hazırlıq  liseyin tarix müəllimi, adıgedən olimpiadada  iştirakın təşşəbbüskarı və koordinatoru Zemfira  Məhəmmədovanın ağır zəhmətinin bəhrəsidir.  Z. Məhəmmədovanın xarici dil bacarığı, İB məktəbdə tarix dərslərinin aparılması, 2000-ci ildən beynəlxalq  layihələrdə   mütəmadi  iştirakı şagirdlərin olimpiadaya  hazırlanmasında böyük rol oynadı. Beş aya qədər sürən gərgin əmək və hazırlıqlar öz bəhrəsini göstərdi. Bu müddət ərzində  ,18-19 may 2019-cu il tarixində Tbilisi  şəhərində  keçirilmiş olimpiadanın I mərhələsində , şagirdlərimiz 70 medal qazanmış və xüsusi  mükafatlarla təltif olunmuşlar.

        Nur- Sultan şəhərində keçirilmiş ikinci mərhələdə isə şagirdlərimiz 14 ölkədən olan komndalarla yarışaraq

26 medal: 10 qızıl, 16 gümüş medal qazanmış, həmçinin  mükafat və kuboklarla təltif olunmuşlar. Əlbəttə ki,  əsas mükafat Yelski  Universitetinə dəvət oldu.

     Şagirdlərimizi qazandıqları növbəti qələbə ilə təbrik edir və  yeni uğurlaq diləyirik!