Heydər Əliyev mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

27 Aprel 2023

  Aprelin 27-də liseyimizin tarix müəllimi Rüfət Rizayev Yasamal rayonu Heydər Əliyev mərkəzində görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə liseyimizin şagirdləri ilə birgə Yasamal rayonunda yerləşən 2 saylı Tibb texnikumun tələbələri də iştirak ediblər.

  Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı video çarx nümayiş olunub. Liseyimizin 10 R2 şagirdləri Nuray Məmmədova, Aliyə Məmmədova, Yunis Məmmədov, Zahir Ağakişi Zərifə xanım haqqında, onun keçdiyi qisa, lakin şərəfli ömür haqqında məlumat veriblər.

  Tədbirdə tarix müəllimi Rüfət Rizayev Zərifə xanımın tibb elminə verdiyi töhfələrdən söz açaraq onun Azərbaycanda oftalmologiya sahəsində əvəzsiz xidmətlərini vurğulamışdır.

  Tədbir ədəbi-bədii kompozisiya ilə davam edərək yekunlaşıb.