Kimya fənnindən Brain-ring

23 Aprel 2019

22.04.2019 tarixində Akademik Zərifə Əliyeva adına liseydə,liseyin kimya müəllimi Məharət Qarayev tərəfindən kimya fənni üzrə IX və X sinif şagirdləri arasında brain-ring təşkil olunmuşdur .Şagirdlərin yazılı və şifahi bilik və bacarıqlarını ölçmək üçün rəngarəng suallarla zəngin olan müsabiqədə həmdə praktik bilik və bacarıqları,məsələ həlletmək bacarıqları da qiymətləndirilmişdir.Müsabiqənin sonunda  IX siniflər arasında 9a4+ sinfi birinci,9a1 sinfi ikinci yerə,X siniflər arasında 10a4 sinfi birinci,10a4+ sinfi ikinci yerə laiq görulmüşdür.