Liseyimizdə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Birliyin Zəfəri” adlı hərbi idman bayramı keçirilib

07 Noyabr 2023

07.11.2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseydə  8 Noyabr- Zəfər Gününə həsr olunmuş “ Birliyin Zəfəri” adlı hərbi idman bayramı keçirildi. Liseyin hərbi rəhbəri Qılman Eyvazovun təşəbbüsü ilə keçirilən bu ənənəvi idman bayramında “Təlimdə tər, döyüşdə zəfər” hərbi-idman  yarışının qalibləri:  liseyin 11a1 sinfinin “Polad”, 11r2 sinfinin “Adil”, 11r3 sinfinin “İzzət” komandaları iştirak edirdi. Komandalar bu dəfə “Dəmir yumruq” kuboku uğrunda mübarizə aparırdılar.  

Tədbirdə  bizə bu qürurduyucu zəfəri yaşadan şəhid ailələlərinin üzvləri, qazilərimiz, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru  Eşqi Bağırov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı müavini Təravət Muradova, Bakı Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Olimpiya çempionu Zemfira Meftahətdinova  iştirak edirdi.

  Tədbiri liseyin direktoru Fərqanə İsayeva açaraq şəhid ailələrinin üzvlərini, qazilərimizi, qonaqları, liseyin müəllim və şagird kollektivini Zəfər Günü münasibətilə təbrik etdi.    Daha sonra  söz qonaqlara verildi. Onlar da öz çıxışlarında  iştirakçıları Zəfər Günü münasibətilə təbrik etdilər, tədbirin təşkili üçün Akademik Zərifə Əliyeva adına liseyin kollektivinə təşəkkürlərini bildirdilər və komandalara uğurlar arzuladılar.

   Tədbirin sonunda hərbi idman bayramının qalibləri ilə  yanaşı, Zəfər Gününə həsr olunmuş şahmat turnirinin və  şəhid Namiq Quliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis yarışının  qalibləri də mükafatlandırıldı.

“ Birliyin Zəfəri” adlı hərbi idman bayramında “Dəmir yumruq” kuboku uğrunda mübarizədə 11a1 sinfinin “Polad” komandası III yerə, 11r3 sinfinin “İzzət” komandası II yerə layiq görüldülər. 11r2 sinfinin “Adil” komandası isə I yerə layiq görülərək  “Dəmir yumruq” kubokunun sahibi oldular. 

Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qalibləri :

Oğlanlar arasında keçirilmiş şahmat turnirində 9r1 sinif şagirdi Cavid Hüseynov  - I yer, 10r5  sinif şagirdi Vəli Musayev - II yer, 10r4  sinif şagirdi İlqar Qasımov – III yer;
Qızlar  arasında keçirilmiş  turnirdə isə 10r4  sinif şagirdi Həbibə Nəsibli - I yer, 10r2  sinif şagirdi Zəhra Əlizadə - II yer, 10a4  sinif şagirdi Mulxuzə Məlikzadə  - III yer

 Liseyin  2012-ci il məzunu  şəhid Namiq Quliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis yarışının qalibləri:

Oğlanlar arasında keçirilmiş  yarışda 11a2 sinif şagirdi Nuran İsayev - I yer, 11a2 sinif şagirdi Mirzə İsayev -II yer, 11a2 sinif şagirdi Əyyub İsayev - III yer diplom və medallarla təltif olundular.