06-10 iyun 2022-ci il tarixlərində liseyimizin şagirdləri üçün Zəfər ilinə həsr edilən "ZAHS STEAM" həftəsi təşkil ediləcəkdir.
Festival həftəsinin proqramı və qaydalar aşağıdakı kimidir:
30 may 2022-ci il tarixinə qədər aşağıdakı sahələrdən birində işlərinizi təqdim edə bilərsiz. Bütün kateqoriyalarda fərdi və ya 2 nəfərlik komanda şəklində qeydiyyatdatdan keçmək mümkündür. Qaliblər hakimlərin verdiyi ballar əsasında festivalın bağlanış günü - 10 iyun 2022-ci il elan ediləcək.
- 3D dizayn və çap - “Şuşanı quraq” mövzusunda işlərinizin dizaynı və çap olunmuş hazır faylları ilə kateqoriyada iştirak edə bilərsiz.
- "Open projects"
- "28 May-Müstəqillik günü" ilə bağlı ən yaxşı təqdimat (8-10 slayd)
- Katapult yarışı – Katapultunuzu hazırlayın və yarışa qatılın. Verilmiş 10 topdan 2 metr uzaqlıqda olan səbətə maksimum top salmış komanda qalib hesab edilir. Top sayı eyni olduqda vaxt amili üzrə qiymətləndirmə aparılacaq.
- Sumo yarışı (komanda sayı robotların sayına görə məhdudlaşdırıla bilər)
- Proqramlaşdırma hakatonu
- Breyn Rinq (5 nəfərlik komandalar)
06 iyun “Hakaton”
Fərdi və ya 2 nəfərlik komanda şəklində qatıla bilərsiniz. İştirakçılar hakatona şəxsi komputerləri ilə qatılmalıdır. Qeydiyyat üçün son tarix 30 may 2022-ci ildir.
Hakaton əvvəlcədən elan edilməmiş mövzuda, 3 saat ərzində təşkil olunacaq. Qaliblər hakimlərin verdiyi bal əsasında festivalın bağlanış günü (06 iyun 2022-ci il) elan ediləcək. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, qalibə kubok və xatirə hədiyyələri təqdim ediləcək.
9-cu,10-cu siniflər
07-08 iyun - Breyn Rinq
Hər sinif adından 5 nəfərlik komanda şəklində qatıla bilərsiz. Qeydiyyat üçün son tarix 30 may 2022-ci ildir. Breyn Rinq “Ümumi informatika bilikləri” mövzusunda, turnir şəklində təşkil olunacaq. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, qalibə kubok və xatirə hədiyyələri təqdim ediləcək.
09 iyun - Müəllimlər üçün master klass
Müəllimlər üçün “mikrobitlə layhələr” mövzusunda master klass
Master klassda köməkçi kimi iştirak etmək istəyən şagirdlər "Şagird parlamentinə" müraciət edə bilər.
10 iyun - Bağlanış mərasimi (Təltifetmə)
Festival günü siz "dron show" (sinxron), "Humanoid robot show", "mənim gələcək texnoloji dünyam " mövzusunda rəsm sərgisini izləyəcəksiniz. Canlı olaraq keçirilən katapult və sumo yarışlarında qaliblər müəyyən ediləcək, həmçinin öncədən digər kateqoriyalarda hakimlərin seçdiyi qaliblər elan ediləcək.
Hər birinizə uğurlar arzulayırıq!