Başın sağ olsun,Türkiyə! Biz yanındayıq!

11 Fevral 2023

Qardaş Türkiyədə baş vermiş fəlakətin fəsadlarının yüngülləşdirilməsi istiqamətində  göstərilən yardımda liseyimizin şagirdləri də fəallıq  göstəriblər.  Hər bir Azərbaycan vətəndaşı kimi şagirdlərimiz Türkiyəyə göndərilən yardımın çeşidləməsində yaxından iştirak ediblər.