Liseyimizin növbəti uğuru

16 Noyabr 2018

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 16 noyabr tarixində Gəncə şəhərində keçirilən bilik yarışmasında respublikamızın 9 rayonundan olan məktəblilər öz bilik və bacarığını nümayiş etdiriblər. Yasamal rayonunun məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib gələrək 1-ci yerin sahibi oldular. 2-ci yerə Astara, 3-cü yerə isə Lerik məktəbliləri layiq görüldülər. İştirakçılar kubok, medallarla və sertifikatlarla paytaxtımıza geri qayıdırlar. Qalib komandanın,üzvlərindən ikisi Salmanova Aytəkin və Əhmədzadə Aslan Akademik Zərifə Əliyeva adına liseyin şagirdləridir. Onları təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.