Liseyimizin XI sinif məzunu UFAZ-ın qəbul proqramına ən yüksək balla daxil olub

09 Avqust 2023

Liseyimizin XI sinif məzunu Nəzrin Əliyeva Azərbaycan-Fransız Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavr proqramına qəbul imtahanında ən çox bal (100 baldan 67 bal) toplayaraq UFAZ-ın Kompüter Elmləri ixtisasına qəbul olub. 
Yüksək nəticə münasibətilə Nəzrini ürəkdən təbrik edirik!