Liseyin bir qrup müəllim və şagird heyəti layihə çərçivəsində Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində səfərdə olublar

12 Yanvar 2024

"Gəl, robotu birlikdə öyrənək" layihə çərçivəsində Akademik Zərifə Əliyeva adına liseyin bir qrup müəllim və şagird heyəti Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində olublar.

Qonaq qismində Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, liseyin baş mühasibi Lalə Məmmədova, direktor müavini və eyni zamanda "Gəl, robotu birlikdə öyrənək" layihəsinin rəhbəri Zəka İbrahimov və layihə üzvləri olan şagirdlər iştirak ediblər.

Qonaqları Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin direktoru Akif İbrahimov, məktəbin müəllim heyəti və bir qrup şagird heyəti çox yüksək səviyyədə qarşılayıblar.

Gələn qonaqlara Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbi və onun fəaliyyəti ilə bağlı Akif İbrahimov tərəfindən qısa məlumat verilib. Daha sonra layihə və onun hazırki vəziyyətindən danışılıb. Hər iki müəssisə heyəti layihə müddətində bu kimi fəaliyyətlərin önəmindən, şagirdlərimizə müsbət təsirlərindən danışıblar və daha sonralar edilə biləcək əməkdaşlıqlar barədə müzakirələr aparıblar.

Qonaqpərvərliyə görə Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin bütün kollektivinə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.