Məzunlarımız V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar

17 Avqust 2022

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb. 
Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, komandanın üzvlərindən olan Kənan Əliyev və Barat Quliyev liseyimizin müvafiq olaraq 2011-ci il və 2019-cu il məzunlarıdırlar.
Bu möhtəşəm nəticəyə görə komandanın hər bir üzvünü təbrik edir, bundan sonrakı yarışlarda da bol-bol uğurlar arzulayırıq!

Qalib komandanın üzvləri İctimai TV-də qonaq olublar:
https://bit.ly/3c5rDH9