Müəllimimiz "Tərəqqi" medalı ilə təltif edildi

07 Dekabr 2021

  Dekabrın 7-də bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdən əvvəl təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.
  Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 155 nəfər təhsil işçisinə dövlət təltiflərinin  verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən, 71 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 80 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Sevindirici haldır ki, təltif edilən müəllimlər arasında uzun müddətdir ki, müəllimlik fəaliyyəti ilə məşğul olan liseyimizin müəllimi Məsimova Samirə xanım da var.
  Bu münasibətlə Samirə xanımı və eləcə də liseyimizin hər bir kollektivini ürəkdən təbrik edirik.

Qeyd edək ki, Samirə xanım "Tərəqqi" medalı ilə təltif edilmişdir.