Müəllimlərimiz təltif olunublar

05 Oktyabr 2023

 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimiz təltif olunublar.
 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə  təltif olunub.

Liseyimizin ingilis dili müəllimi Tamara Əliyeva və fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi “ döş nişanı ilə təltif olunublar.

Müəllimlərimizi ürəkdən təbrik edir, onlara hər zaman bol-bol uğurlar arzulayırıq!