Novruz bayramına həsr olunmuş siniflərarası voleybol turniri başa çatıb.

19 Mart 2024

Novruz bayramına həsr olunmuş siniflərarası voleybol (oğlanlar) turniri başa çatıb. 

Maraqlı və həyəcanlı keçən final oyununda 11r1 və 11r5 sinifləri mübarizə aparıb. Rəqibinə 3-2 hesabı ilə qalib gələn 11r5 sinif komandası qələbə qazanaraq çempion olublar. 

Qalib komandanı təbrik edirik, gözəl və həyəcanlı oyuna görə bütün iştirakçılara təşəkkür edirik.