N.V.Qoqolun 210 illiyinə həsr olunmuş inteqrativ dərs

19 Mart 2019

Mart ayının 19-u akademik Zərifə Əliyeva adına liseydə rus yazıçısı N.V.Qoqolun  210 illiyinə həsr olunmuş inteqrativ dərs keçirildi. Tədbirin qonaqları liseyin müdiriyyəti, valideynlər, liseyin müəllim və şagirdləri idi. 9r2 sinfinin iştirakı ilə keçirilən açıq dərs iki fənnin inteqrasiyası ilə keçirildi: Ədəbiyyat (müəllim: Hidayətzadə Dürrə) və tarix (müəllim: Məhəmmədova Zemfira). Layihə zamanı şagirdlər N.V.Qoqolun “Dikanka yaxınlığında bir fermada axşamlar” və “Müfəttiş” əsərlərindən obrazları canlandırdılar. Bundan əlavə şagirdlər öz obrazlarında o dövrün tarixini nümayiş etdirdilər. Qoqolun əsəri əsasında hazırlanmış musiqili nömrələr, videoçarxlar tədbiri daha maraqlı etdi.