Olimpiya oyunlarının tarixi

14 Mart 2019

14 mart 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 2 mühim tarixi hadisə “İdman Günü” və “Teatr Günü”nə həsr olunmuş tarixi və olimpiya oyunlarının tarixini birləşdirən inteqrativ dərs şəklində tədbir keçirildi.

Liseyin tarix müəllimi Zemfira xanım Məhəmmədova və fiziki tərbiyyə müəllimi Svetlana xanım Məmmədovanın 9r2 sinif şagirdlərinin iştirakı ilə təşkil etdikləri təqdimatlar liseyin müəllim kollektivi və şagirdləri tərəfindən maraqla qarşılandı.  Olimpiya oyunlarının müxtəlif illərinə səyahət həm iştirakçılarda, həm də tamaşaçılarda böyük sevinc hissi yaratdı. Aparıcıların kostyumları, qədim yunan geyimləri, idman formaları və idmanın ayrı-ayrı növlərinə aid olan simvollar tədbiri daha da rəngərəng etdi. İştirakçıların bir çoxu üçün bu böyük tədbir ilk təcrübə oldu və onlar həm olimpiya oyunlarının tarixi, həm də müxtəlif idman növləri haqqında maraqlı məlumat öyrəndilər. Sonda söz liseyin direktoru Mehriban xanım Vəliyevaya verildi. Mehriban xanım öz çıxışında tədbirin ərsəyə gəlməsində zəhməti olan hamıya təşəkkürünü bildirdi.