Ordun varsa, yurdun var!

07 Dekabr 2020

Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılması məqsədilə hərbi- vətənpərvərlik tərbiyəsinin güçləndirilməsi istiqamətində  liseyin HR ehtiyyatda olan polkovnik leytenant Qılman Eyvazov 11-ci siniflərdə “Döyüş təminatı” mövzusunda dərs keçirmişdir.    Sevindirici haldır ki, onlara yönəldilən sualların cavablandırılmasında  şagirdlər dərslikdə yazılan məlumatlardan deyil, 44 günlük Vətən müharibəsindən nümunələr gətirməklə cavablandırırdılar. Dərsin gedişatından razı qalan liseyin HR Qılman Eyvazovun təəssüratlarını olduğu kimi sizə çatdırırıq.

      “ Çağırışaqədərki hazırlıq fənnində keçirilən dərsin mövzusu “Döyüş təminatı” idi. Döyş təminatı dedikdə nə başa düçürsünüz? Sualını tədqiq etmək üçün vaxta belə ehtiyac olmadı. Əvvəlki illərdə şagirdlərdən arxa təminatın növlərini eşidərdim. Bu gün isə hamı bir ağızdan “kəşfiyyat ”, “minaçıxartma” söylədi. Dərsin gedişində kəşfiyyata təyin edilmiş taqımın yerinə yetirdiyi tapşırıqlardan biri “basqın”dır dedim. Şagirdlər erməni əsilli fransa vətəndaşının “Le monte” kanalına verdiyi intervyunu xorla, həvəslə danışdılar. Erməni döyüşçünün xüsüsi təyinatlılarımızı “Ölüm mələkləri” adlandırması, onların gecənin qaranlığında 3-4 nəfdən ibarət kiçik qruplarla gözlənilmədən gəlib 30-40- nəfər əli silahlı düşmən əsgərini məhv edərək gəldikləri kimi də səssiz yoxa çıxmasını hələ də qorxu ilə anlatması şagirdlərimizi çox sevindirirdi.  Ən maraqlısı, sən demə, irəlidə imiş. Taqımın kəşfiyyatda yerinə yetirdiyi tapşırıqlardan biri də “Axtarış”dır dedim. Hadrut ətrafında meşələrdə partizalıq etmək istəyən erməni yaraqlılarının qəhrəman əsgərlərimiz tərəfindən bir qisminin məhv edilməsi, bir qisminin isə əsr götürülməsi şagirdlərimizə bəlli olduğuna sevindim. 44 günlük “Vətən Müharibəsi” mövzuları gənclərimizin  tərəfindən döyüşlərdə əsgərlərimizin fəaliyyəti ilə əlaqələndirərək  mənimsənilməsinə, hərbi xidmətə olan sevgilərinin, maraqlarının artmasına, ordumuzun, xüsüsilə də, XTQ-nin göstərdikləri qəhrəmanlıq nümunələrinə görə onlarla fəxr etmələrinə səbəb olmuşdur. Dərsdən olan təsüratımın kiçik bir hissəsini sizinlə paylaşdım.”