Öyrənirik, öyrədirik

27 Noyabr 2020

BMT-nin Əhali Fondunun dəstəyi ilə 26-28 may 2020-ci il tarixində gənclərə “Gender və reproduktiv sağlamlıq” mövusunda Təlim Proqramı keçirilmişdir. Təlimdə liseyimizin 11A3 sinif şagirdi Əsmər İsmayılova da iştirak etmiş və sertifikata layiq görülmüşdür.  11A3 sinfinin bir qrup şagirinin dəstəyi ilə  Əsmər təlimdə öyrəndiklərini liseyimizin şagirdləri ilə bölüşmək, onları bu istiqamətdə məlumatlandırmaq məqsədi ilə  gənc nəslin  gender və reproduktiv sağlamlığı və hüquqları, erkən nikah və onun  fəsadları, cəmiyyətdə olan stereotiplər haqqında onlayn konfrans keçirmişdir.