Parlamentin təsis edilməsinin 100 illiyi

07 Dekabr 2018

  2018-ci il Azərbaycan Respublikası üçün əlamətdar hadisələrlə zəngindir, bu il şərqin ilk Demokratik Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə təbbirlərin keçirilməsi haqqında sərəcamına əsasən ölkəmizdə və eləcə də Akademik Zərifə Əliyeva adına liseydə bir sıra tədbirlər keçirilmişdir. Onlardan biri də 7 dekabr tarixində parlamentin təsis edilməsinin 100 iliiyi müasibətilə təşkil edilib.

   Tədbirdə qonaq qismində Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, həmçinin liseyin direktoru Mehriban Vəliyeva, tarix müəllimi Pərviz Ağalarov və şagirdlər iştirak etmişdir. Tədbirdə günün tarixi əhəmiyyəti haqqında danışılmış, faktlar əsasında müzakirələr aparılmışdır.