Qobustan dövlət tarixi-bədii qoruğuna səyahət

16 Aprel 2019

16.04.2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 10a3 sinif şagirdləri liseyin Tarix müəllimi Aytən Tahirlinin rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii qoruğuna səyahət ediblər. Qoruğun ərazisindəki muzeylə tanış olan şagirdlər daha sonra qoruğa qalxıblar. Aytən Tahirli şagirdləri Qobustan qayaüstü təsvirləri ilə tanış etmiş və burada maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirlərinin ilk dəfə görkəmli Azərbaycan arxeoloqu prof. İshaq Cəfərzadə tərəfindən 1929-1940-cı illərdə aşakara çıxarılması  haqqında məlumat vermişdir. 1941 – ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947 – ci ildə davam etdirilmişdir. İshaq  Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966 – cı il 9 sentyabrtarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan etmişdir. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir. Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Verilən məlumatlar şagirdlərdə böyük maraq doğurmuşdu.