“Sabahın alimləri” XII Respublika Müsabiqəsi qalibləri alqışlarla qarşılanıblar

17 Fevral 2023

"Sabahın alimləri" XII Respublika Müsabiqəsində qalib gələn şagirdlərimiz liseyimizin şagird və müəllim kollektivi tərəfindən alqışlarla qarşılanıb.

Qalib şagirdlərimiz və eləcə də bütün iştirakçı şagirdlərimiz şagirdlərimiz və müəllimlərimiz tərəfindən alqışlarla qarşılanıblar. Liseyimizin direktoru İsayeva Fərqanə, eləcə də direktor müavinləri şagirdlərimizi təbrik ediblər, onlara qarşıdakı müsabiqələr və olimpiadalarda da uğurlar arzulayıblar. Sonda qalib şagirdlərimizə rəhbərlik tərəfindən mükafat təqdim edilib.

Qeyd edək ki, 3 gün davam edən müsabiqədə liseyimizin XI sinif şagirdi Abbaslı Məhəmməd Mühəndislik kateqoriyası üzrə qızıl medal, IX sinif şagirdlərimiz Cəfərova Günəş və Məcidzadə Ayan isə Kimya kateqoriyası üzrə bürünc medala sahib olublar.