Şagirdimiz Nuriyyə Cəfərova "Heydər Əliyevin 95 illiyi" ilə bağlı keçirilən müsabiqənin mükafatçısı oldu

03 İyun 2018

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi elan etmişdir. 

  Akademik Zərifə Əliyeva adına liseyin 10a3 sinif şagirdi Nuriyyə Cəfərova müsabiqədə 1-ci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.