Şagirdimiz ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək

13 İyun 2022

Cari tədris ilində riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə müvafiq beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib.

7-15 avqust 2022-ci il tarixlərində İndoneziyada Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək. Ölkəmizi təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə 11-12 iyun 2022-ci il tarixlərində ADA Universitetində 2 seçmə imtahan keçirilib.

Respublika Fənn 3 il ard-arda qaliblərindən olmuş liseyimizin XI sinif şagirdi Ömər Əfəndi ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək Azərbaycan komandasına üzv seçilib.

Olimpiadalarda iştirak edəcək ölkə komandasının hər bir üzvünə bol-bol uğurlar arzulayırıq!