Liseyimizin 10-cu sinif şagirdi Banu Qurbanzadənin üzvü olduğu “İnvestArea” komandası 14-16 oktyabr tarixlərində 6-cı “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışmasının qalibi olub.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan hakaton çərçivəsində iştirakçılar 44 saat 44 dəqiqə 44 saniyə davam edən yarışma müddətində Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlara və təsərrüfat sahələrinə investisiyaların cəlb edilməsini dəstəkləyən layihə hazırlayıblar
Banunu təbrik edir, hər zaman yüksək nailiyyətlər arzulayırıq.
Şagirdimiz “Qarabağ Hakatonu 2026” yarışmasının qalibi olub
16 Oktyabr 2026

