Şagirdimiz VI Meqapolislər olimpiadasında bürünc medal qazandı

14 Dekabr 2021

6-13 dekabr tarixlərində Moskvada VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı olimpiadada 32 ölkədən olan 257 iştirakçı bilik və bacarıqlarını sınayıblar. 
Riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə hər fəndən 2 nəfər olmaqla ümumilikdə 8 iştirakçı olimpiadada ölkəmizi onlayn təmsil ediblər.
Liseyimizin XI sinif şagirdi Eşqin Alıyev sözügedən olimpiadada fizika fənni üzrə uğurlu nəticə qazanaraq bürünc medala layiq görülüb.

Mənbə: https://edu.gov.az/az/news-and-updates/17348-1