Şagirdimiz "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı "Eko Bootcamp"-da I yerə layiq görülüb

01 İyun 2022

Bootcamp Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, MOL Azərbaycan və PAŞA Bank maliyyə dəstəyi ilə baş tutmuş və ümumilikdə 85 şagird iştirak etmişdir. Tədbirdə məktəblilər ekoloji problemlər üzərində düşünərək komanda yoldaşları ilə birgə innovativ həllər üzərində işləyiblər. Gənclər ekologiyanı qorumaq üçün öz müxtəlif ideyalarını münsiflərə təqdim edir, komanda işi nəticəsində öz fikirlərini qısa müddətdə ortaya çıxarırlar. Bununla yanaşı dəvət olunmuş ekspertlər tərəfindən dizayn düşüncə, təkrar emal üzrə innovasiyalar, dəyər əsaslı təklif üzrə maarifləndirici mühazirələr təqdim olunub. 
Bootcamp zamanı komandalar tərəfindən təqdim olunan 14 layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib.
IX sinif şagirdimiz Fidan Xəlilova öz komandası ilə I yerə layiq görülüb.
Şagirdimizi və digər qaliblərimizi təbrik edirik