Şagirdlərimiz Azərbaycan Texniki Universitetində ekskursiyada olublar

03 Mart 2023

Liseyimizin bir qrup şagirdləri Azərbaycan Texniki Universitetində ekskursiyada olublar.
Şagirdlərimiz yaşıl enerji texnologiyaları laboratoriyası ilə tanış olublar. Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müəllimi Əhməd Müslimov şagirdlərimizə cihazların iş prinsipi  ilə bağlı ətraflı məlumat verib, müxtəlif təcrübələr göstərib.