Şagirdlərimiz beynəlxalq INFOMATRIX 2019 müsabiqəsindən uğurlu nəticələrlə döndülər

23 Aprel 2019

Hər il olduğu kimi bu il də Rumıniyanın paytaxtı Buxarest şəhərində beynəlxalq INFOMATRIX layihə müsabiqəsi keçirilmişdir. Bu ilki müsabiqə 20-24 aprel tarixlərində keçirilmiş və 10 fərqli nominasiyada 46 ölkədən 1016  şagird 595 layihə ilə mübarizə aparmışdır. Akademik Zərifə Əliyeva adına lisey yarışlarda 2 komanda ilə iştirak etmişdir. Şagirdlərimizin nəticələri uğurlu olmuşdur. Belə ki, komandalardan biri qızıl, digəri gümüş medal qazanmışdır.

Qaliblərimizi təqdim edirik:

Qasım Qasımzadə 9a5 (qızıl)
Yusif Kazımzadə 9a1 (gümüş)
Nəcəf Məmmədov 9a1 (gümüş)

Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.