Şagirdlərimiz beynəlxalq olimpiadanın finalında

21 İyun 2020

Liseyin 11-ci sinif şagirdləri Ruslan Bayramov,Elvin Bilalov və Süleyman İsmayılov BIEA Competition (British International Education Association-Britaniya Beynəlxalq Təhsil Birliyi) yarışmasında final mərhələsinə vəsiqə qazanıblar.Olimpiadanın bu ilki mövzusu “Sahillərimizi Qoruyaq” seçilmişdi.Bu olimpiada beynəlxalq statuslu bir olimpiadadır.Olimpiadanın təşkilat komitəsi STEM və Britaniya Beynəlxalq Təhsil Birliyidir. Azərbaycan ilk dəfə olaraq bu olimpiadada iştirak edir və lisey olaraq ölkəmizi təmsil etdiyimiz üçün qürur duyuruq.Olimpiadanın final mərhələsi üçün interviyu 24 iyunda onlayn keçiriləcək.Şagirdlərimizə uğurlar arzulayırıq.