Şagirdlərimiz “Hərbi Qənimətlər parkı”nda

03 Noyabr 2023

Akademik Zərifə Əliyeva adına liseyin 9r2 sinif şagirdləri “Hərbi Qənimətlər parkı”nda ekskursiyada olublar. Şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən hərbi texnika, düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlarla yaxından tanış olublar.
Ekskursiya zamanı şagirdləri maraqlandıran sualları liseyin tarix müəllimi Rüfət Rizayev və 11r4 sinif şagirdi Qəhrəman Hacızadə cavablandırıb.