Şagirdlərimiz IV qış elm festivalında uğur qazanıblar

27 Dekabr 2018

   Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib. Festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.

   Festivala ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda qatılıb ki, bunlardan 18-i Bakı Mühəndislik Universitetini təmsil edib. Yarışmaya 100-dən çox layihə təqdim olunub.

  Sonda qaliblər mükafatlandırılıb. Liseyimizi "Clik Energy" layihəsi ilə təmsil edən Nofəl Qədimli və Zəhra Qasımzadə II yerə layiq görülüblər.

  Layihədə iştirak edən bütün komanda üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk üç yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.