Şagirdlərimiz layihə çərçivəsində Pakistan məktəbliləri ilə görüşlərə davam edir

03 Aprel 2023

03.04.2023-də Pakistan şagirdləri liseyimizin şagirdlərinə Urdu dili haqqında məlumat verib, bəzi mövzulara aid şəkilli lüğəti təqdim ediblər. İlk tanışlıq, rəqəmlər, həftənin günləri, rənglər, meyvə və tərəvəzlər mövzusuna aid lüğət öyrənilib. Liseyimizin şagirdləri də onlara bəzi mövzulara aid lüğət öyrədiblər. Bəzi sözlərin tələffüzünün demək olar ki, eyni olması şagirdlərin marağını daha çox cəlb edib.