Şagirdlərimiz “MDB üçün 100 ideya” yarışında qalib oldular

16 Noyabr 2019

Akademik Zərifə Əliyeva adına liseyin 10r4 sinif şagirdləri   Tarverdiyev Ələsgər və Əlizadə Cəmilə 14-15 noyabr 2019 tarixlərində  “MDB üçün 100 ideya”  beynəlxalq layihələr   müsabiqəsində  “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” adlı layihə ilə çıxış etmiş və Azərbaycandan yeganə qalib olmuşlar. Layihənin mövzusu aktualdır. Məlumdur ki, yer kürəsində içməli suyun çatışmazlığı ən böyük problemlərdən biridir. Layihənin əsas məqsədi   su anbarlarının  istismar dövrünün artırılmasıdır. Bunun üçün  hələ su anbarına daxil olmamış suyun çöküntülərdən, toksik maddələrdən, fitoekstraksiya yolu ilə təmizlənməsidir.

“.Layihəmiz qalib olduğuna  görə çox xoşbəxtik, çox sevinirik..Bu bizim üçün gözlənilməz oldu.Biz çox qürur hissi duyuruq ki, “MDB üçün 100 ideya” beynəlxalq gənclər  müsabiqəsində 30-dan çox  elm, texnika və digər sahələr üzrə layihələr arasında bizim layihəmiz qalib seçilib. Bu tək bizim uğurumuz deyil, bütün Azərbaycanın uğurudu. Ən çox sevindirici odur ki, biz müsabiqədə iştirak edən  insanların arasında ən kiçik yaş qrupuna aid idik, bəzilərin isə hətta elmi dərəcələri var idi. Gələcəkdə biz öz elmi fəaliyyətimizi ətraf mühitin mühafizəsi istiqamətində davam etdirməyə düşünürük. Bununlada Vətənimizə, xalqımıza yararlı olmağa çalışacayıq.”

https://www.muallim.edu.az/news.php?id=8517