Şagirdlərimiz “Sabahın alimləri” XII Respublika Müsabiqəsində 3 medal qazanıblar

15 Fevral 2023

13-15 fevral 2023-cü il tarixlərində Bakı şəhərində “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirilir. “Sabahın alimləri” Respublika Müsabiqəsində ölkə üzrə IX-XI sinif şagirdlərinin elmi-tədqiqat layihələri dəyərləndirilib.

Müsabiqəyə 8 istiqamət – fizika və astronomiya, tibb və sağlamlıq, kompüter elmləri, riyaziyyat, kimya, mühəndislik, biologiya, ekologiya/ətraf mühitin idarə olunması üzrə daxil olmuş 163 layihə qəbul edilib.

3 gün davam edən müsabiqədə liseyimizin XI sinif şagirdi Abbaslı Məhəmməd Mühəndislik kateqoriyası üzrə qızıl medal, IX sinif şagirdlərimiz Cəfərova Günəş və Məcidzadə Ayan isə Kimya kateqoriyası üzrə bürünc medala sahib olublar.

Qalib şagirdlərimizi təbrik edirik.