Siyasi qələbəmiz - Kəlbəcərin qayıdışı

26 Noyabr 2020

Alban dövrünə aid xeyli tarixi abidələri, 1 şəhəri, 1 qəsəbəsi və 145 kəndi,  77003 nəfər əhalisi olan, respublikamızın sahəsinə görə ən böyük və ən yüksək dağ rayonu

     Kevliçer-"çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer "qala"  mənasını verir.

     Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya   təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın  yayıldığı dövrlərdə yaradılıb.        

BMT Təhlükəsizlik Şurasının  qəbul etdiyi 822 saylı Qətnaməyə əsasən bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin həmin qətnamənin tələbləri yerinə yetirilmədi.

 2020-ci ilin sentyabr ayının 27-də Silahlı Qüvvələrimizin bütün cəbhə boyu başlatdığı “Erməniləri sülhə məcburetmə əməliyyatı” cəmi 44 gün sürdü. Canlı vüvvə, döyüş və başqa texnika sarıdan böyük itki verən düşmən 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Kəlbəcər rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.