Təlimdə tər, döyüşdə zəfər

27 May 2022

27.05.2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “Təlimdə tər, döyüşdə zəfər” adlı hərbi yarış keçirilmişdir.

Liseydə keçirilməsi ənənə halı almış hərbi bayram bu il “Şuşa ili” ilə həsr olunmuşdur.  Yasamal rayonunun 21 , 31, 53, 60, 175 nömrəli tam orta məktəblərinin və liseyimizin şagirdlərinin iştirak etdikləri bu yarışda gənclərimiz hərbi hazırlıq bacarıqlarını nümayiş etdirdilər.

Tədbirdə  Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini  Təravət xanım Muradova, Yasamal Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri İbrahimli Rövşən , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağrışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant  Füzuli İsmayılov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri  Günay Qurbanova  və digər qonaqlar iştirak edirdilər.

Tədbirin bir özəlliyi də onda idi ki, liseyin valideynlərinin təşəbbüsü ilə həyata keçirilən “Biz sizinləyik” layihəsi çərçivəsində dəstək olduqları ailələrin üzvləri də tədbirə dəvət olunmuşdur. Qeyd edək ki , liseyin valideynləri artıq iki ildir 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş qazilərimiz Əsədov Anar, Əliyev Amil, Əkbərov İntiqamın və şəhidlərimiz:Əhmədov Mahmud, Kərimov İsmayıl, Əliyev Fərid, Babayev Rahib , Paşayev Daşdəmirin ailəsini öz himayəsinə götürüb , onlara hər sahədə dəstək olurlar.

Liseyin direktoru Aynur Hüseynova tədbir iştirakçilarını salamlayaraq dəvətimizi qəbul etdikləri üçün tədbirə gələn qonaqlara təşəkkürünü bildiridi, iştirakçı komandalara uğurlar arzuladı. Məktəblərin hərbi rəhbərlərinə, xüsusilə, liseyimizin hərbi rəhbəri Qılman Eyvazova bu tədbirin təşkilatçılığı üçün təşəkkürünü bildirdi.  Aynur xanım çıxışında belə tədbirlərin gənclərin Azərbaycabaycan Respublikasının Prezidenti İlham Əliyevin tutduğu siyasətin davamçıları kimi vətənpərvər ruhda yetişməsində  mühüm rol oynadığını qeyd etdi. Liseyin valideynlərinə və xüsusilə “Biz sizinləyik” layihəsinin rəhbəri Elçin Əzizova liseyin rəhbərliyi tərəfindən belə xeyirxah işlərə görə təşəkkür bildirildi.

Daha sonra E.Əzizov çıxış edərək bu layihədə liseyin valideynlərinin gördükləri işləri qeyd etdi, bu fəaliyyətin davamlı olacağına inamını vurğuladı.

Tədbir iştirakıları, qonaqlarımız liseyin kollektivinə, valideynlərə belə gözəl təşəbbüslərin təşkilatçıları olduqları üçün təşəkkürlərini bildirdilər. Liseyin şagirdləri və müəllimləri ilə Vətən müharibəsi veteranlarının, şəhid aillərinin üzvlərinin  görüşü tədbir iştirakçılarının xatirəsində silinmız iz buraxdı.

Hərbi-idman yarışının keçici kuboku qalib komanda olaraq  liseyin 10r4 sinfinə təqdim olundu. Kuboku liseyin 2013-cü il  məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elvin Əhmədzadə təqdim etdi.

Yarışın finalistləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin “Fəxri fərman”ı ilə təltif olundular.