Ümummilli lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol turniri yekunlaşıb

18 May 2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə liseyimizdə təşkil edilən voleybol yarışı yekunlaşıb.

IX-XI sinif şagirdlər arasında voleybol üzrə təşkil edilən çempionatın final görüşündə 11R2 və 10A1 sinif komandaları üz-üzə gəliblər. Çox həyəcanlı və maraqlı keçən oyunda I hissəni 10 A1 sinif komandası qazansa da, ardıcıl II və III hissəni öz xeyrinə dəyişən 11R2 komandası turnirin qalibi olub.

Qalib komandamızı təbrik edir, gözəl oyuna görə isə hər iki komandaya təşəkkür edirik.