World Scholar's Cup (WSC) Beynəlxalq Olimpiadasının I mərhələsi

29 May 2019

   May ayın 18 və 19-u Akademik Zərifə Əliyeva adına liseyin 9r2 sinif şagirdləri Gürcüstanın Tbilisi şəhərində şagirdlər üçün keçirilən World Scholar's Cup (WSC) Beynəlxalq Olimpiadasının I mərhələsində iştirak etdilər. Olimpiadada müxtəlif ölkələri təmsil edən 100 komanda iştirak edirdi.

    Olipiadaya hazırlıq mərhələsində iştirakçılar WSC təşkilatçıları tərəfindən hazırlanmış xüsusi proqramları mənimsəyirdilər. Olimpiada müxtəlif mərhələlərdə həyata keçirilmişdir: Debatlar, WSC təşkilatçıları tərəfindən hazırlanmış fənlər üzrə test sualları, esselərin yazılması və intellektin inkişafına yönlənmiş müsabiqələr.

    Olimpiadaya hazırlıq 2019-cu ilin fevral ayında başlamışdır. Lisey şagirdlərinin olipiadada iştirakının təşəbbüskarı liseyin tarix müəllimi Zemfira xanım Məhəmmədova olmuşdur və şagirdlərin olimpiadaya hazırlığına özü nəzarət etmişdir. Bundan əlavə hazırlıq mərhələsində 9r2 sinfinin sinif rəhbəri Svetlana xanım Məmmədovada və liseyimizin məzunları Məmmədova Nərgiz və Hacıyeva Ləmanın köməyini qeyd etmək lazımdır.

   İştirakçıların hazırlığı və fədakar mübarizəsi sonda öz bəhrəsini verdi. Liseyimizin şagirdləri 70 medal (25 qızıl, 45 gümüş) 
və 3 kubok qazandılar. Ümumi komanda üzrə isə 2-ci yerə layiq görüldülər. Bundan əlavə 9r2 sinif şagirdi Fərzanə Fərid 
müstəsna bilik və müvəffəqiyyətinə görə Əzimov kobokuna layiq görüldü. Liseyimizi təmsil edən 3 komanda WSC 
Olimpiadasının ikinci turunda iştirak haqqı qazandı.  
   “Əziyyətimizin sonunda belə uğur qazandığımız üçün çox xoşbəxtik. 
Qələbə qazanmağımız üçün öz gücünü qoyan və bizə zaman ayıran bütün müəllimlərimizə təşəkkürümüzü bildiririk”- qaliblər
qeyd edirlər. Biz də lisey adından şagirdlərimizi təbrik edir,  gələcək işlərində və Olimpiadanın ikinci mərhələsində uğurlar arzulayırıq.